12:20 - 8.07.2026
8 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 229 425 vətəndaş müraciəti qeydə alınıb.
Bu barədə Fonddan bildirilib. Məlumata görə, müraciətlərdən 91 034-ü pensiya, 58 147-si müavinət, 9 074-ü Prezident təqaüdü, 37 723-ü ünvanlı dövlət sosial yardımı, 7 965-i fərdi uçot və sosial sığorta, 669-u dövlət icbari şəxsi sığorta və 24 813-ü isə digər istiqamətlərlə bağlı olub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026