Altı ayda 22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib

10:24 - 14.07.2026


14 iyul, Fineko/abc.az. Bu ilin yanvar-iyun aylarında 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib. Məlumata görə, onların 54,53 %-ni kişilər, 45,47 %-ni isə qadınlar təşkil edib.