15:29 - 20.07.2026
20 iyul, Fineko/abc.az. ABŞ-ın investisiya bankı "Morgan Stanley" iyulun 19-da dərc etdiyi analitik hesabatda xəbərdarlıq edib ki, Hörmüz boğazındakı aksamalar, Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələri və Mosvanın dizel ixracına qoyduğu qadağa fonunda Avropada dizel (motorin) qıtlığı kritik həddə çatıb.
Bankın analitikləri Martijn Rats-ın rəhbərliyi ilə bildirirlər ki, Şimal-Qərbi Avropada emal marjaları ("crack spread") rekord vurub, yerli dizel ehtiyatları isə avqust ayından etibarən ardıcıl azalaraq noyabrda 299 milyon barelə geriləyəcək ki, bu da 2015-ci ildən bəri ən aşağı göstəricidir.
Neft bazarında əsas darboğazın xam neftdən daha çox neft emalı sahəsində yarandığını vurğulayan ekspertlər qiymətlərin artıq pik həddə yaxınlaşdığını qeyd ediblər; bu fonda Avropada dizel fyuçersləri 3,5% artaraq ton üçün 1.219,50 dollara, Brent nefti isə barel üçün 90 dolları keçərək cari ay üzrə artımını 24%-ə çatdırıb.