16:53 - 18.05.2026
18 may, Fineko/abc.az. “Alatava-Avtonəqliyyat” QSC-nin 2025-ci ildə xalis mənfəəti 12.3% azalaraq 4 219 manatdan 3 699 manata enib.
ABC.AZ xəbər verir ki, bu barədə QSC-nin 31 dekabr 2025-ci il tarixinə olan mənfəət və zərər haqqında hesabatında qeyd edilib.
Səhmdar cəmiyyətinin əsas əməliyyat gəlirləri ötən illə müqayisədə 55% kəskin artaraq 30 min manatdan 46 min 500 manata yüksəlib. Lakin gəlirlərlə bərabər satışın maya dəyəri üzrə xərclər də 2 dəfəyə yaxın artaraq 14 546 manatdan 28 333 manata çatıb.
Hesabat dövründə QSC-nin inzibati xərcləri 6 min 835 manat, sair əməliyyat xərcləri də 6 min 708 manat təşkil edib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026