“Gənclər Həftəsi 2026” üçün 1.09 milyon manatlıq xidmət satın alınıb

12:26 - 6.02.2026


6 fevral, Fineko/abc.az. “Gənclər Həftəsi 2026” üçün 1.09 milyon manatlıq xidmət satın alınıb.

ABC.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi “Gənclər Həftəsi 2026” tədbirlərinin təşkili xidmətlərinin satın alınması üçün tender keçirib.

Tenderi “VATA” Məhdud Məsuliyyətli Cəmiyyəti qazanıb

Xidmətlərin ümumi dəyəri 1.087.276 manat təşkil edir.