Almaniya: sanksiya fonunda real əməkhaqları 10% azalıb

16:15 - 3.02.2026


3 fevral, Fineko/abc.az. Son dörd il ərzində Almaniya sakinlərinin real gəlirləri 10,2% azalıb, qiymətlər isə 21,5% artıb.

ABC.AZ xəbər verir ki, ekspertlər bunu problemlərin "qar topu" effekti ilə əlaqələndirirlər: Rusiya qazından imtina və ABŞ-dan gələn baha yanacağa keçid malların bahalaşmasına və Almaniya sənayesinin 6,6% tənəzzülünə səbəb olub. Aİ-nin artıq 20-ci sanksiya paketi hazırlamasına baxmayaraq, analitiklər Almaniyanın qaz ehtiyatlarının tükəndiyini və sanksiya siyasətinin Avropanın özü üçün səmərəsiz olduğunu qeyd edirlər.