15:50 - 6.11.2025
6 noyabr, Fineko/abc.az. Azərbaycanda əmək bazarına yeni daxil olan gənclər üçün vergi güzəştləri tətbiq edilə bilər.
ABC.AZ xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib.
"Yeni iş yerləri açanlar üçün vergi güzəştlərinin tətbiqi müzakirə edilib. Bununla bağlı fərqli formalar mövcuddur. Ancaq yeni iş yerinin uçotunun aparılması daha çətin olduğu üçün ola bilsin ki, ümumiyyətlə əmək bazarına yeni daxil olan gənclər üçün güzəştlər verilsin. Bunun bir sıra ölkələrdə tətbiqini görmüşük, gələcəkdə daha dərindən öyrənib, təhlil etmək olar", - deyə o qeyd edib. ©Report
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026