11:21 - 5.11.2025
5 noyabr, Fineko/abc.az. 2026-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcə xərclərinin 8 milyard 483 milyon 70 min manat (2025-ci illə müqayisədə 10,5 % və ya 806.6 milyon manat çox) olması proqnozlaşdırılır.
Bu, Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, xərclərin 8 milyard 323,1 milyon manatının DSMF-nin gəlirlərinin, 159 milyon 970 min manatının isə Fondun cari ilin sonuna istifadə olunmamış qalığının hesabına qarşılanması nəzərdə tutulur. ©APA
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026