Azərbaycanda orta pensiya 579 manat oldu - Gələn ildən

11:44 - 23.10.2025


23 oktyabr, Fineko/abc.az. Azərbaycanda orta pensiya məbləği artırılır.

ABC.AZ-ın məlumata görə, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, 2026-cı ildə orta pensiya məbləğinin 579,2 manat ətrafında məbləğ təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2025-ci ildə gözlənilən 537,0 manat məbləğindən təqribən 7,9 faiz artıqdır. © Qafqazinfo