Intel bu həftə işçilərinin 20%-dən çoxunu ixtisar edəcəyini elan edəcək

15:05 - 23.04.2025


23 aprel, Fineko/abc.az. Intel korporasiyası bu həftə çip istehsalında çətinliklərlə üzləşən şirkətdə bürokratiyanı aradan qaldırmaq məqsədilə əməkdaşlarının 20%-dən çoxunu ixtisar etmək planlarını açıqlayacaq. 

ABC.AZ-ın verdiyi məlumata görə, bu barədə Bloomberg məsələ ilə tanış olan mənbəyə istinadən xəbər yayıb.

Mənbənin sözlərinə görə, bu addım idarəetmənin optimallaşdırılması və mühəndislik mədəniyyətinin bərpası istiqamətində atılan səylərin bir hissəsidir. Bu, ötən ay şirkətə rəhbərlik etməyə başlayan yeni baş direktor Lip-Bu Tan dövründə ilk böyük restrukturizasiya olacaq.