16:22 - 17.04.2025
17 aprel, Fineko/abc.az. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı dövlətlərində işsizlik bir ay əvvəl olduğu kimi fevral ayında da 4,8% təşkil edib.
ABC.AZ xəbər verir ki, bu barədə OECD-nin məlumatında deyilir.
Bu səviyyə ilk dəfə 2023-cü ilin martında qeydə alınan tarixi minimumdur.
22 ölkədə fevral ayında işsizlik əvvəlki aya nisbətən dəyişməyib. Artım iki ölkədə (Çexiya və Finlandiya), azalma isə yeddi ölkədə qeydə alınıb.
Avropa Birliyi və avrozonada işsizlik müvafiq olaraq 5,7% və 6,1%-lə tarixi minimuma enib.
Beş ölkədə (Yaponiya, Çexiya, Cənubi Koreya, Meksika və Polşa) işsizlik 3%-dən aşağıdır. İki rəqəmli göstərici yalnız İspaniyada qeydə alınıb (10,4%).
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026