14:28 - 11.04.2025
11 aprel, Fineko/abc.az. 2025-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10.2 faiz artaraq 1043.6 manat təşkil edib.
ABC.AZ xəbər verir ki, 2025-ci ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1062.9 manat olub. (aylıq müqayisədə 19.3 manat azalma)
İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026