11:16 - 1.03.2018
1 mart, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrinin işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə, onların əməkhaqları 2018-ci il martın 1-dən 10% artırılacaq.
Dövlət başçısının digər sərəncamına əsasən, dövlət büdcəsindən maliyyələşdirilən elmi müəssisə və təşkilatlarda çalışan işçilərin maaşları 2018-ci il martın 1-dən orta hesabla 10% artırılır. Sərəncam 2018-ci ilin martın 1-dən qüvvəyə minir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026