15:39 - 1.02.2018
1 fevral, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə prezident İlham Əliyev qeyd edib ki, iki ölkə arasında sosial müdafiə sahəsində həyata keçirilən əməkdaşlıq məmnunluq hissi doğurur. Azərbaycan prezidenti bu sahədə təcrübə mübadiləsi və birgə proqramların gerçəkləşdirilməsinin zəruriliyini qeyd edib.
Türkiyənin əmək və sosial müdafiə naziri Jülide Sarıeroğlu məmnunluqla qeyd edib ki, bu vəzifədə fəaliyyətinə başladıqdan sonra ilk səfərini Azərbaycana etdi. O, vurğuladı ki, Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub və sosial müdafiə sektorunda əlaqələrin dərinləşdirilməsinin vacibliyini qeyd etdi.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026