14:19 - 23.04.2019
23 aprel, Fineko/abc.az. “Türk Hava Yolları”nın ilk rübdə sərnişin daşınması keçən ilin eyni dövrünə görə 20% artdı.
Türk Hava Yolları şirkətinin Bakı nümayəndəliyinin rəhbəri Seyfulla İlyas Azərbaycanın vacib tərəfdaş olduğunu vurğuladı.
“Son vaxtlar ölkəmiz turistləri beynəlxalq tədbirlər, xüsusilə, yaxında Bakıda keçiriləcək Formula 1 hesabına cəlb edib” - deyə S. İlyas bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında əməkdaşlığın səviyyəsi nəzərə alınmaqla, ölkələr arasında sərnişin axınının artması üçün böyük potensial var.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026