Rusiyanın “Smartavia” aviaşirkəti yay mövsümündən etibarən Bakıya uçacaq

15:37 - 11.04.2019


11 aprel, Fineko/abc.az. “Smartavia” aviaşirkəti, yay aylarında Azərbaycana uçuşlar həyata keçirməyə hazırlaşır.

“Smartavia” aviaşirkətinin kommersiya direktoru Svetlana Rodionova deyir ki, yay cədvəlində aviaşirkət 60-dan çox marşrutlar üzrə uçuşlar həyata keçirəcək, onlardan 18-i üzrə uçuşları “Pulkovo” hava limanından həyata keçirəcək.

“Yeni istiqamətlər arasında Vladikavkaz, Mineralnıye Vodı, Gələncik olacaq. Aviaşirkət həmçinin Gürcüstanın Tbilisi və Batumi şəhərlərinə uçuşların tezliyini artırmağı və Rostov və Ufa istiqamətində uçuşları həyata keçirməyi planlaşdırır. Bundan əlavə, marşrut şəbəkəsi daxilində şirkət, hava yolunu Simferopol, Anapa və Soçiyə Rusiyanın digər şəhərlərinə yönəldəcək. Bundan əlavə, aviaşirkət Türkiyəyə də uçuşlar təşkil edəcək”, - deyə Rodionova bildirib.