17:01 - 18.01.2019
18 yanvar, Fineko/abc.az. Azərbaycanın ilk aşağı büdcəli aviaşirkəti Buta Airways, Bakı-Odessa-Bakı reysini 31 mart tarixindən həyata keçirəcək.
Odessa Beynəlxalq Hava Limanının mətbuat xidmətindən verilən məlumata görə, reyslər həftədə 2 dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.
“Marşrut üzrə uçuşlar oktyabrın 24-dək həyata keçiriləcək. Aviabiletlərin qiyməti hələ müəyyən edilir”, - məlumatda belə deyilir.
Buta Airways donanması Braziliya istehsalı olan 8 ədəd Embraier 190 təyyarəsindən ibarətdir.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026