İlham Əliyev yolun tikintisi üçün 4,4 milyon manat ayırıb

13:06 - 9.01.2019


9 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Balakən- Qazbinə -İtitala yolunun tikintisinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən,  2019-cu il dövlət büdcəsdən 10 yaşayış məntəqəsini birləşdirən yolun tikintisinin davam etdirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4,4 milyon ayrılacaq.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.