14:09 - 8.09.2026
8 sentyabr, Fineko/abc.az. 2026-cı ilin ilk yarısında Azəri-Çıraq-Günəşli (AÇG) yataq bloku üzrə ümumi xərclər illik müqayisədə 22,5% artaraq 1 milyard 1 milyon dollara çatıb.
Hesabat dövründə əməliyyat xərcləri 3,5% artımla 268 milyon dollar, əsaslı xərclər isə 31,4% artımla 733 milyon dollar təşkil edib.
Xərclərin artması fonunda yataqdan gündəlik orta hesabla 323 min barel olmaqla, ümumilikdə 59 milyon barel (8 milyon ton) neft hasil edilib.
Gündəlik hasilatda 1,2%-lik cüzi azalma qeydə alınsa da, ümumi hasilat həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə sabit qalıb.
Müəllif: Elmir Muradov
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026