"Google" "Gemini" modeli üçün "Frozen v2" adlı yeni mikrosxem hazırlayır

23:28 - 20.07.2026


20 iyul, Fineko/abc.az. "Alphabet" holdinqinə daxil olan "Google" şirkəti özünün "Gemini" süni intellekt modelinin işini optimallaşdırmaq və sorğulara cavab sürətini artırmaq məqsədilə "Frozen v2" adlı yeni server çipi hazırlayır.

"The Information" nəşrinin məlumatına görə, mikrosxemin strukturu bilavasitə "Gemini" modelinin arxitekturasına uyğunlaşdırılacaq və məlumatların ötürülmə həcmini azaltmaqla mövcud TPU (Tensor Processing Unit) prosessorları ilə müqayisədə enerji effektivliyini 6-10 dəfə artıracaq.

Ən tez 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılan yeni yarımkeçirici TPU-ları əvəz etməyəcək, paralel xüsusi xətt kimi fəaliyyət göstərəcək; bu xəbərin fonunda "Alphabet"in səhmləri birjada 3,7%-dək bahalaşıb.