15:13 - 20.07.2026
20 iyul, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) ISO 9001:2015 (Keyfiyyəti idarəetmə sistemi) və ISO 37001:2016 (Rüşvətxorluqla mübarizə idarəetmə sistemi) uluslararası standartları üzrə təlim, audit, sertifikatlaşdırma və inspeksiya nəzarəti xidmətlərinin satın alınması məqsədilə tender elan edib.
Tenderdə iştirak haqqı 140 manat təşkil edir.
İddiaçılar öz tender təkliflərini 10 avqust 2026-cı il saat 17:00-a qədər təqdim etməlidirlər; zərflərin açılışı da həmin tarixdə və saatda baş tutacaq.
Maraqlanan şəxslər əlavə məlumat üçün Zahir Əliyevlə (+994 50 688 00 84, zahir.aliyev@sosial.gov.az) əlaqə saxlaya bilərlər.
21 İyul 2026