17:56 - 18.07.2026
18 iyul, Fineko/abc.az. Beynəlxalq reytinq agentliyi "Moody's Ratings" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) uzunmüddətli emitent reytinqini sabit proqnozla investisiya səviyyəli "Baa3" statusunda təsdiqləyib.
Agentliyin hesabatında bildirilir ki, bu qərar şirkətin ba2 səviyyəsindəki baza kredit qiymətləndirməsini, eləcə də Azərbaycan hökuməti ilə sıx əlaqələri fonunda maliyyə çətinliyi yaranacağı təqdirdə dövlət dəstəyinin göstərilməsi ehtimalının çox yüksək olmasını əks etdirir.
SOCAR-ın ölkə iqtisadiyyatındakı strateji rolu, güclü kredit göstəriciləri və Avropanın qaz təchizatındakı mövqeyi reytinqi dəstəkləsə də, karbohidrogen hasilatının azalması, birləşmə və satınalmalar (M&A) sahəsindəki aktivlik və neft qiymətlərinin dəyişkənliyi kredit profilini məhdudlaşdıran əsas amillər kimi qeyd olunub.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026