Azərbaycan nefti bahalaşaraq 89 dollara yaxınlaşıb

10:06 - 17.07.2026


17 iyul, Fineko/abc.az. Dünya bazarında Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Son məlumatlara görə, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,99 ABŞ dolları və ya 2,29% artaraq 88,82 dollara bərabər olub.

 Xatırladaq ki, Azərbaycanın yüngül neftinin dünya birjalarında qeydə alınan tarixi minimum qiyməti 21 aprel 2020-ci ildə (15,81 dollar/barel), mütləq maksimum qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar/barel) qeydə alınıb.