15:00 - 18.07.2026
18 iyul, Fineko/abc.az. İraqın Baş naziri Ali ez-Zeydinin Vaşinqtona rəsmi səfəri çərçivəsində iki ölkənin dövlət və özəl sektor qurumları arasında neft, energetika, texnologiya, maliyyə, kənd təsərrüfatı, təhsil və əczaçılıq sahələrini əhatə edən 48 müqavilə, anlaşma memorandumu və tərəfdaşlıq bəyannaməsi imzalanıb.
İraq Baş Nazirliyinin Mətbuat Ofisinin məlumatına görə, strateji tərəfdaşlıq paketi çərçivəsində İraqın Neft və Elektrik Enerjisi nazirlikləri ABŞ-ın "ExxonMobil", "KBR", "GE Vernova", "Shell" və "Halliburton" kimi nəhəng korporasiyaları ilə neft-qaz və enerji sektorunun bərpasına dair sazişlər bağlayıblar.
Həmçinin İraqın Rabitə və Media Komissiyası (CMC) ilə "Starlink" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb, eləcə də "Keyslight Technology", "PepsiCo", "Frito-Lay" və əczaçılıq şirkətləri ilə özəl sektor səviyyəsində uzunmüddətli investisiya müqavilələri rəsmiləşdirilib.
18 İyul 2026
17 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026