17:12 - 16.07.2026
16 iyul, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq mal satılıb ki, bunun da 17,6 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatını isə qeyri-ərzaq malları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7% artıb.
Bu dövrdə qeyri-ərzaq mallarının satışı real ifadədə daha sürətlə – 6,5% yüksəldiyi halda, ərzaq, içki və tütün məhsulları seqmentində artım tempi nisbətən mülayim – 1,4% səviyyəsində qərarlaşıb.
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
14 İyul 2026
15 İyul 2026