Ucuz qiymətə maşınlar satışa çıxarılır

10:55 - 8.07.2026


8 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 avqust 2026-cı il tarixində saat 10:00-da növbəti açıq hərrac keçiriləcək.

ABC.AZ xəbər verir ki, hərraca müxtəlif dövlət qurumlarının balansında olan, istismar müddətini başa vurmuş nəqliyyat vasitələri, xüsusi təyinatlı hərbi-mülki maşınlar və tikinti texnikaları çıxarılıb.

Siyahıda Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarına aid nəqliyyat vasitələri yer alır. Start qiymətləri 1 000 manatla 8 400 manat arasında dəyişir. Hərracda iştirak etmək istəyənlər müvafiq nəqliyyat vasitəsinin start qiymətinin 10%-i məbləğində beh ödəməlidirlər.