Azərbaycanda 26 mindən artıq yararsız avtomobil utilizasiya edilib

17:29 - 20.05.2026


20 may, Fineko/abc.az. Azərbaycanda tullantıların idarə olunması sahəsində mühüm layihələr həyata keçirilib.

ABC.AZ xəbər verir ki, bunu "Təmiz Şəhər"in İdarə Heyətinin sədri Etibar Abbasov WUF13 çərçivəsində “Tullantıların idarə edilməsinin dövri iqtisadiyyata doğru inkişaf etdirilməsi” adlı xüsusi sessiyada deyib.

O bildirib ki, Azərbaycanda tullantıların düzgün idarə olunması və şəhər mühitinin qorunması istiqamətində son illərdə bir sıra mühüm layihələr icra olunub. Bildirilib ki, “Təmiz Şəhər” 2008-ci ildə Prezidentin Sərəncamı ilə yaradılıb və əsas fəaliyyət istiqaməti Bakı şəhəri və Abşeron yarımadasında tullantıların idarə olunmasının təkmilləşdirilməsi olub.

Qeyd olunub ki, Azərbaycanın əsas məqsədlərindən biri tullantı idarəçiliyinə Bakıdan başlayaraq şəhərsalma siyasətinin mühüm hissəsi kimi yanaşmaqdır.