16:27 - 19.05.2026
19 may, Fineko/abc.az. İran Fars körfəzi və Hörmüz boğazından keçən gəmilər üçün dövlət dəniz sığortası platforması “Hormuz Safe”i istifadəyə verib.
ABC.AZ xəbər verir ki, bu barədə PGSA X sosial şəbəkəsində məlumat yayıb.
Platforma İranın iqtisadiyyat nazirliyi tərəfindən dəstəklənir və sığorta ödənişlərində SWIFT və Qərb vasitəçiləri olmadan kriptovalyutalardan istifadəni nəzərdə tutur.
Münaqişənin gərginləşməsi və Hörmüz boğazında tranzit məhdudiyyətləri fonunda bu region dünya bazarlarına neft və mayeləşdirilmiş təbii qaz tədarükünün əsas marşrutu olaraq qalır.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026