15:21 - 19.05.2026
19 may, Fineko/abc.az. Bakı şəhərinin “rəqəmsal əkizi” (“digital twin”) yaradılıb.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən “Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq” mövzusunda tədbirdə deyib.
O qeyd edib ki, mobil operatorlardan, kommunal xidmətlərdən, nəqliyyat axınlarından və sorğulardan toplanan təxminən 10 milyard məlumat nöqtəsi əsasında şəhər modelləşdirilib. Nazirin sözlərinə görə, bu sistem yeni avtobus zolaqlarının, svetoforların və velosiped xətlərinin harada qurulacağını daha dəqiq planlaşdırmağa imkan verir.
R.Nəbiyev əlavə edib ki, nəticələr artıq özünü göstərməyə başlayıb:
“Şəhər daxilində avtomobil və taksi ilə edilən səfərlərin payı 50%-dən 40%-ə düşüb və hədəf 2030-cu ilə qədər bu rəqəmi 30%-ə endirməkdir. Eyni zamanda yol-nəqliyyat qəzaları nəticəsində ölüm halları 100 min nəfərə düşən 9-dan 7-yə enib və 2030-cu ilə qədər 4-ə endirilməsi planlaşdırılır”.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026