12:16 - 6.05.2026
6 may, Fineko/abc.az. Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib.
ABC.AZ xəbər verir ki, 4 vaqondan ibarət, çəkisi 271 ton olan gübrə və 4 vaqondan ibarət, çəkisi 275 ton olan taxıl bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb.
Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan üzərindən tranzit daşımalar çərçivəsində 25 min tondan çox taxıl, 3000 tondan çox gübrə və 68 ton qarabaşaq göndərilib. - rusca
Tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsullarının ixracı da davam edir. İndiyədək Azərbaycandan Ermənistana 8500 tondan çox dizel, 979 ton “Aİ-92” benzini və 2955 ton “Aİ-95” benzini ixrac olunub.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026