Mərkəzi Banka məxsus avtomobillər endirimli qiymətlərlə satışa çıxarılır

15:23 - 24.04.2026


24 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının avtomobilləri növbəti dəfə endirimlə satışa çıxarılır.

ABC.AZ xəbər verir ki, hərrac 7 may 2026-cı il tarixində saat 10:00-da keçiriləcək. Hərraca 4-cü dəfə çıxarılan avtomobillər 30% endirimlə təklif ediləcək.

Hərraca, Bakı və Yevlax şəhərlərindəki – «LEXUS», «HYUNDAI», «MİTSUBİSHİ», «KİA CERATO», «MERCEDES», «VAZ» və «Honda» avtomobilləri  çıxarılacaq.

Maşınların start qiymətləri 2 660 manatdan 71 min 877 manata qədər dəyişir. Hər bir lot üçün iştirakçılardan 10% beh tələb olunur.

Hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında 2-ci mərtəbəsində keçiriləcək.

Ünvan Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20-dir.