BMW Almaniyada elektromobillərin qidalanma funksiyasını sadələşdirib

11:40 - 20.04.2026


20 aprel, Fineko/abc.az. Almaniyanın BMW Group şirkəti Plug & Charge funksiyasını genişləndirərək elektromobillərin qidalanma prosesini sadələşdirib.

ABC.AZ xəbər verir ki, BMW və MINI modellərinin sahibləri artıq əvvəlcədən müqavilə bağlamadan ictimai stansiyalarda avtomobillərini qidalandıra bilərlər.

Bunun üçün yalnız avtomobil daxilindən identifikasiya kifayətdir.

Sistem məlumatları avtomatik tanıyır və ödənişi əvvəlcədən qoşulmuş kartdan çıxır, beləliklə tətbiqlərdən, kartlardan və əlavə əməliyyatlardan istifadə ehtiyacı aradan qalxır.