12:40 - 12.11.2018
12 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) Bakıdan Pekinə və əks istiqamətdə uçuşlar üzrə yeni aksiya barədə elan edir.
AZAL-ın məlumatında deyilir ki, dekabrın 1-dən 2019-cu il martın 26-dək yerinə yetirilən uçuşlarda ekonom-sinif üzrə aviabiletin tam dəyəri Bakı-Pekin-Bakı marşrutu üzrə - 399 avro, Pekin-Bakı-Pekin marşrutu üzrə - 450 ABŞ dolları təşkil edəcək.
“Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir. Aviabiletin dəyərinə pulsuz baqaj (23 kq-dək 1 yer), əl yükü (10 kq-dək, 55*40*23 sm-dək ölçüdə) və hava gəmisində isti yemək daxildir”, - məlumatda belə deyilir.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026