15:33 - 5.11.2018
5 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Ağdam rayonunda yenidən bərpa edilmiş Quzanlı-İmamqulubəyli-Orta Qarvənd-Xındırıstan yolunun açılışında iştirak etmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına aparılan işlər barədə məlumat verdi.
Prezident 5,4 kilometr uzunluğu olan Əfətli-Hacıturanlı-Həsənxanlı yolu və Tərtər-Gindarx avtomobil yolunun 18-41 km-də aparılan yenidənqurma işləri və Ağdam- Gindarx-Ağcabədi avtomobil yolunun 23-37 km-də aparılan yenidənqurma işləri haqqında məlumatlandırıldı.
18 İyul 2026
17 İyul 2026
16 İyul 2026
16 İyul 2026