11:44 - 9.12.2025
9 dekabr, Fineko/abc.az. Bu il dekabrın 1-nə Naxçıvan Muxtar Respublikasının qeyri-dövlət sektorunda 11 450 aktiv əmək müqaviləsi olub.
ABC.AZ xəbər verir ki, bölgədə həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun "ağardılması" və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Özəl sektorda aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü il tarixinə nisbətən 8 391 vahid artıb.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026