Məşğulluğun təmin olunması üçün 77 mln. manat ayrılacaq

12:17 - 5.11.2025


5 noyabr, Fineko/abc.az. Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2026-cı ildə işsizlikdən sığorta fondundan 77 milyon manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Bunu Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsinin zərfi”nin müzakirəsində deputat Musa Quliyev deyib.

O bildirib ki, 2026-cı ildə Fondun hesabına 8 min nəfərin özünüməşğulluq proqramına qoşulması nəzərdə tutulur.

Dünya Bankı ilə bağlanmış müqaviləyə görə, əlavə 7 min nəfər özünüməşğulluq proqramlarına cəlb ediləcək. © APA