10:03 - 15.09.2025
15 sentyabr, Fineko/abc.az. Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrdə işsizlik rəqəmləri ölkələr üzrə kəskin fərqlənir.
ABC.AZ xəbər verir ki, bəzi ölkələrdə işsizlərin sayı sürətlə azalır, digərlərində isə hələ də yüksək olaraq qalır.
2024-cü ilin məlumatına əsasən, MDB üzrə ən çox işsiz Rusiyada qeydə alınıb – 1 milyon 915 min nəfər. Halbuki 2010-cu ildə bu rəqəm 5,5 milyon idi. Bu isə 14 il ərzində işsizlərin sayında təqribən 3,6 milyon nəfərlik azalma deməkdir.
Rusiyadan sonra ən çox işsiz Özbəkistanda müşahidə olunur. 2020-ci ildə 1,56 milyon nəfərə qədər yüksələn işsizlərin sayı 2024-cü ildə 836,4 min nəfərə qədər azalıb. Bu, MDB-də Rusiyadan sonra ən yüksək göstəricidir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026