Cari ilin 7 ayında 265,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

11:50 - 11.08.2025


11 avqust, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 7 ayında 265,6 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

ABC.AZ xəbər verir ki, onlardan 93 min şəxs münasib işlərlə təmin olunub, 12,2 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.

Yanvar-iyul aylarında 8,4 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 152 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

 

Vergiler.az