15:51 - 15.04.2025
15 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2025-ci ilin ilk iki ayı üzrə əmək bazarında maaşlarla bağlı statistik rəqəmlər açıqlanıb.
ABC.AZ xəbər verir ki, ölkədə ən aşağı əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb. Bu sahədə orta maaş cəmi 642,2 manat təşkil edib.
Həmçinin inzibati və yardımçı xidmətlərin göstərilməsində də əməkhaqqı 664,7 manatla kifayət qədər aşağıdır. Üçüncü ən aşağı maaşı olan sahə su təchizatı, tullanıların təmizlənməsi və emalı sahəsidirki bu sahədə çalışanların maaşı 713,7 manat təşkil edir.
Bu nəticələr göstərir ki, fiziki əməyə əsaslanan və məhsuldarlığı aşağı olan sahələrdə maaş səviyyəsi də minimal həddədir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026