17:28 - 5.03.2025
5 mart, Fineko/abc.az. Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam edir.
Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və “DOSTLAR” MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.
Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və “DOSTLAR” MMC 20 min, “Miral” MMC isə 22 min manat məbləğində inzibati cərimə edilib.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026