Azərbaycanda ən çox işsiz hansı ərazilərdədir?

16:18 - 20.02.2025


20 fevral, Fineko/abc.az. Bu ilin 1 yanvar vəziyyətinə görə Azərbaycanda rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı 217,2 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, rəqəmlərdən aydın olur ki, rəsmi işsiz sayı üzrə ən yüksək göstərici 35,5 min nəfərlər Baknın payına düşüb.

Paytaxt Bakıdan sonra ikinci pillədə 6,6 min nəfərlə Ağdam rayonu gəlir.

Bərdə rayonunda işsizlik 6,3 min nəfər civarındadır.

Şəmkir rayonunda bu göstərici 6 min nəfər,  Sumqayıt və Qubada isə 5,4 min nəfərdən bir qədər çoxdur.

Lənkəranda rəsmi işsizlərin sayı 5,4 min nəfərə yaxın olub, Şəkidə isə 5,1 min nəfərdən çox olub.

Bundan başqa rəsmi olaraq 2024-cü ildə Abşeronda 4,9 min nəfər, Göyçayda 4,8 min nəfər, Zaqatalada 4,7 min nəfərə bərabər olub.

Müəllif: Elmir Murad