Keçmiş sığortaçı DOST Agentliyindəki vəzifəsindən ayrıldı

14:40 - 6.02.2025


6 fevral, Fineko/abc.az. Azərbaycanın sığorta sektorundan tanınan Azər Əliyev Dayanıqlı və Operativ Sosial Təminat Agentliyindən (DOST) də ayrılıb.

ABC.AZ xəbər verir ki, A.Əliyev İdarə Heyətinin sədr müavini vəzifəsindən ayrılıb.

A.Əliyev karyerasına 1998-ci ildə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Xarici İnvestisiyanın İdarə edilməsi üzrə Hüquq şöbəsində kiçik mütəxəssis vəzifəsi ilə başlayıb.

Daha sonra “Teksako” Amerika Neft Şirkətinə neft nəqli üzrə layihə koordinatoru, 2003-2006-cı illərdə Fransanın “Total” Neft Şirkətinin Bakı nümayəndəliyində neftin nəqli sahəsində mühəndis vəzifələrində çalışıb.

2006-cı ildə “Qafqaz” Sığorta Şirkətinin baş direktoru vəzifəsinə təyin olunub. 2008-ci ilin əvvəlində “Qafqaz” Sığorta Şirkəti və “Atəşgah” Sığorta Şirkəti birləşdikdən sonra “Atəşgah” Sığorta Şirkətinin İdarə Heyətinin sədri vəzifəsinə keçib.