İnsanların rifahını təmin etmək üçün ən önəmli faktor məşğulluqdur - Nazir  

12:09 - 19.12.2024


19 dekabr, Fineko/abc.az . "Biz qanunvericilikdə müəyyən edilmiş müddət ərzində elektron əmək müqaviləsi sisteminə keçidi tam yekunlaşdırmalıyıq".

ABC.AZ xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Nazir bildirib ki, insanların rifahını təmin etmək üçün ən önəmli faktor məşğulluqdur:

"Məşğulluq iki ana xətdən ibarətdir. Xətlərdən biri iqtisadi güc yaranan iş yerləri, digəri isə insan resurslarıdır. İnsan resurslarının güclənən iqtisadiyyatın tələblərinə cavab verməsi bizim ana hədəflərimizdən biridir. İnsan resurslarının inkişafını təmin etmək üçün silsilə tədbirlər keçirilməkdədir. Bu gün dördüncü karyera inkişaf forumu keçirilir. Forumun məqsədi hər bir əmək resursunun, vətəndaşın ömür boyu inkişafını təmin etməkdir".