10 ayda metro işçiləri azalıb

10:20 - 5.12.2024


5 dekabr, Fineko/abc.az. 2024-cü ilin yanvar-sentyabr aylarında metroda çalışanların sayı 4 min 409 nəfər təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu nəqliyyat sahəsində çalışan işçilərin sayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 nəfər başqa sözlə 0,3% azalma baş verib.

Əlavə məlumat üçün qeyd edək ki, 2023-cü ilin yanvar-sentyabr aylarında metroda 4 min 394 nəfər çalışırdı.

Hesabat dövründə metro işçilərinin orta aylıq maaşı isə 1241,5 manata bərabər olub.