10:50 - 25.11.2024
25 noyabr, Fineko/abc.az. Bu ilin ilk 9 ayında Azərbaycanda muzdla çalışan işçilər arasında ən yüksək əmək haqqı alanların hansı sahələrdə işlədikləri məlum olub.
ABC.AZ xəbər verir ki, ən çox maaş alanlar xam neft və təbii qaz hasilatı sahəsinə işləyənlərdir.
Belə ki, bu sahədə işləyən muzdlu işçilər ayda orta hesabla 3 min 724,8 manat əmək haqqı alırlar.
Qeyd edək ki, ay ərzində 2 min manatdan yüksək əmək haqqını aşağıdakı sahələrdə işləyənlər alır:
Xam neft və təbii qaz hasilatı – 3 724,8 manat
Metal filizlərinin hasilatı – 2 141,4 manat
Su nəqliyyatının fəaliyyəti – 2 231,4 manat
Maliyyə fəaliyyəti (sığorta və pensiya təminatı üzrə xidmətlərdən başqa) – 2738,5 manat
Sığorta, təkrar sığorta və pensiya təminatı – 2 920,4 manat
Mərkəzi ofislərin fəaliyyəti və idarəetmə sahəsində fəaliyyət – 3230,6 manat
Reklam fəaliyyəti və bazarın öyrənilməsi – 2 215 manat
Qumar oyunlarının təşkili və mərс çəkmək üzrə fəaliyyət – 2 504,2 manat
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026