15:01 - 7.08.2018
7 avqust, Fineko/abc.az. Azərbaycanda Dövlət Məşğulluq Xidmətinin yeni xidmət modeli yaradılır.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, müvafiq tvinninq layihəsinin həyata keçirilməsi çərçivəsində nazirlikdə məşğulluq xidmətlərinin avtomatlaşdırılması işləri davam etdirəcək.
“Avropalı ekspertlərlə birgə Dövlət Məşğulluq Xidməti üzrə yeni xidmət modelinin yaradılması təmin olunacaq”, - nazir belə deyib.
Onun sözlərinə görə, qurum “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” (2018-2030-cu illər)” layihəsini, eləcə də, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorları hazırlayıb.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026