Çin turistlər üçün COVİD-19 testini ləğv edir

16:41 - 28.08.2023


28 avqust, Fineko/abc.az. Bir müddətdir bəzi dövlələr ölkələrinə səfər etmiş turistlər üçün COVİD-19 testi tələb edir.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artıq Çin hökuməti ölkəyə gələn turistlərdən COVID-19 antigen testi tələbini 30 avqustdan etibarən ləğv edəcək.

Bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.