16:41 - 26.10.2017
Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai nəqliyyatda gediş haqqının artımı haqqında daşıyıcılar tərəfindən yayılan informasiyanı şərh etdi.
BNA-dən verilən məlumatda deyilir ki, yayılan informasiya yanlış və əsassızdır.
“İctimai nəqliyyatda gediş haqqını Tarif Şurası tənzimləyir, Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində dövlət nəzarətini həyata keçirən qurum olan Bakı Nəqliyyat Agentliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı Tarif Şurasına müraciət edilməyib və bu məsələ hazırda gündəmdə deyil”, - məlumatda belə deyilir.
13 İyul 2026
13 İyul 2026
14 İyul 2026