"Assist Finance"dan 18.5 faizlik azalma — BFB hesabatı

15:41 - 8.09.2026


8 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında “Assist Finance İnvestisiya şirkəti” ASC-nin əməliyyatlarının dövriyyəsi 2 milyard 511 milyon manat təşkil edib.

Bu barədə Bakı Fond Birjasından bildirilib.

Ötən ilin eyni dövrlərində investisiya şirkətinin dövriyyəsi 3 milyard 83 milyon manat olub ki, bu da illik müqayisədə 18.5% azalma deməkdir.

Bu dövrdə investisiya şirkətinin korporativ istiqrazlar üzrə dövriyyə 217 milyon 47 min manat, repo əməliyyatları üzrə dövriyyə 2 milyard 12 milyon manat təşkil edib. Əməliyyat sayı isə 1 389 olub.