Azərbaycanda pul bazası artıb

17:26 - 7.09.2026


7 sentyabr, Fineko/abc.az. Azərbaycanda pul bazası 24 milyard 238,8 milyon manat təşkil edib.

Mərkəzi Bankın məlumatına əsasən, bu göstərici ötən ayın eyni dövrü ilə müqayisədə 296,2 milyon manat çoxdur.